Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.21.2025 | 12:00 | Baxılıb: 701
Fransada güclü tornado baş verib. 

“sirin.az” “The Guardian”a istinadən xəbər verir ki, şiddətli külək 3 tikinti kranını aşırıb.

Hadisə nəticəsində tikintidə çalışan 1 nəfər ölüb, daha 10 nəfər isə xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağırdır.

Ən çox zərər Parisdən 20 km şimal-şərqdə yerləşən Ermont şəhərinə dəyib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, tornado binaların damlarını uçurub.

Sosial şəbəkələrdə yayımlanan videolarda 3 kranın bir neçə saniyə ərzində aşdığı görünür.

Onlardan biri insanlara xəsarət yetirmədən klinikanın, digəri isə yaşayış binasının üzərinə aşıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.