“sirin.az” “Report”a istinadən xəbər verir ki, bunu Martinika Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMAS) şöbə rəhbəri Luici Bule Bakıda keçirilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransda bildirib.
L.Bulenin sözlərinə görə, Martinikanın iqtisadiyyatı hələ də metropoliyadan tamamilə asılıdır və bu da onun inkişafını əhəmiyyətli dərəcədə ləngidir:
“Bizim azad iqtisadiyyatımız yoxdur. İxracımızın əsasını şəkər və banan təşkil edir, lakin bu sahələr Fransanın nəzarətində olduğundan, martinikalılar öz resurslarından real fayda əldə etmirlər”.
O vurğulayıb ki, adadakı təhsil sistemi və hüquq-mühafizə orqanları Fransa hökumətinin maraqlarına xidmət edir.
L.Bule bildirib ki, Fransa adada həyata keçirdiyi assimilyasiya siyasətini təbii proses kimi təqdim etməyə çalışır:
“Lakin Martinika sakinləri öz dillərində danışırlar və adət-ənənələrini qoruyurlar. Bu, bizim azadlığa gedən yolumuzdur”.