Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Fransaya qarşı oyunda bizə Allah kömək etməlidir” - Emin Mahmudov
 
						“Fransaya qarşı oyunda bizə Allah kömək etməlidir” 
							 - Emin Mahmudov
Əlavə olunub: 04.23.2025 | 11:27 | Baxılıb: 3149
“Neftçi”nin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov yutubda yayımlanan “Podkat” verilişinin qonağı olub.

“sirin.az” xəbər verir ki, o, Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Fransaya qarşçı keçirəcəyi oyunlardan danışıb. 

Təcrübəli futbolçu həmin matçlarda millimizin xal qazanmaq şansının olmadığını bildirib: “Bu matçda bizə Allah kömək etməlidir. Meydana 8 müdafiəçi və 2 hücumçu ilə çıxmalıyıq (gülür). Ümumiyyətlə, yalandan deyək ki, Mbappeni bağlayacağıq, Dembeleyə oynamağa imkan verməyəcəyik, bu inandırıcı olmaz. Sadəcə bəzən qeyri-adi matçlar keçir. Məsələn, Portuqaliyaya qarşı elə oyun olmuşdu. Yəni ancaq elə ola bilər”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.