Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 19:36 | Baxılıb: 1867
Fransada siyasi qeyri-sabitliyin artması varlı ailələr və biznes nümayəndələri arasında narahatlıq yaradıb.

“sirin.az” “Financial Times”a istinadən xəbər verir ki, bir çox fransalı iş adamı və imkanlı ailə üzvləri böyük məbləğdə vəsaitlərini Lüksemburq və İsveçrəyə yönəltməyə başlayıb.

Aktivlərin idarə edilməsi üzrə “Scala Patrimoine” şirkətinin rəhbəri Giom Lukini bildirib ki, hazırda onların idarə etdiyi sərvətlərin əksəriyyəti artıq Fransanın hüdudlarından kənardadır. Onun sözlərinə görə, müştəriləri arasında həm sahibkarlar, həm də peşəkar idmançılar var.

Nəşrin məlumatına görə, hazırda Lüksemburqa maliyyə axını “dayanmadan davam edən proses” kimi xarakterizə olunur, İsveçrəyə də eyni istiqamətdə böyük həcmdə kapital köçürülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.