Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Futbolçu 11-ci mərtəbədən düşərək öldü - Qardaşı ilə mübahisə edibmiş
 
						Futbolçu 11-ci mərtəbədən düşərək öldü 
							 - Qardaşı ilə mübahisə edibmiş
Əlavə olunub: 04.16.2025 | 15:22 | Baxılıb: 3140
Çinin “Çşeçzyan” klubunda çıxış edən qabonlu hücumçu Aron Bupendza faciəvi şəkildə vəfat edib.

“sirin.az” xəbər verir ki, o, 11-ci mərtəbədən yıxılaraq ölüb. 

Bu barədə Çin klubunun rəsmi saytı məlumat yayıb. Hadisə bu gün baş verib. 

Çin mətbuatının yazdığına görə, o, ölmədən bir neçə dəqiqə əvvəl qardaşı ilə mübahisə edib. Bundan sonra isə 11-ci mərtəbədən düşərək həyatını itirib. 
Hadisənin cinayət olması da istisna edilmir. 

Qeyd edək ki, Aron Bupendza daha çox Türkiyədə “Hatayspor”da çıxışı ilə məşhur idi. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.