Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
G7 krediti çərçivəsində Ukraynaya 1 milyard avro ayrılıb
 
						G7 krediti çərçivəsində Ukraynaya 1 milyard avro ayrılıb
Əlavə olunub: 04.09.2025 | 18:52 | Baxılıb: 953
Avropa Komissiyası (AK) Ukraynaya daha çox dəstək vermək üçün Avropa İttifaqının atacağı addımlar arasında G7 ölkələrinin krediti çərçivəsində Ukraynaya 1 milyard avro ayrılacağını açıqlayıb.

“sirin.az” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen deyib.

“Biz ölkəni gücləndirmək və Ukraynanın şərtləri əsasında ədalətli və davamlı sülhü dəstəkləmək üçün bütün istiqamətlərdə çalışırıq. Bugünkü ödənişlər və razılaşmalar həm də ümumi gələcəyimizə qoyulan sərmayədir”, - deyə o bildirib.

Bundan əlavə, Avropa Komissiyasının bəyanatında deyilir ki, Aİ Ukrayna üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən 2,1 milyard avro tələb edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.