
“sirin.az” xəbər verir ki, bu haqda “NTV” məlumat yayıb.
Bildirilir ki, görüş gələn həftənin əvvəlinə planlaşdırılıb.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, heyətə Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç başçılıq edəcək.
Qeyd olunur ki, görüş Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün bəzi qərarların qəbul edilməsini və artıq qəbul edilənlərin həyata keçirilməsini əhatə edə bilər.
***
Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib.
“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Serdar Kılıç arasında görüş planlaşdırılır”, - deyə Ermənistan XİN-in məlumatında bildirilir.