Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.27.2025 | 17:01 | Baxılıb: 2516
Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, hadisə zamanı “VAZ 2107” markalı minik avtomobili ilə “BakuBus” MMC-yə məxsus marşrut avtobusu toqquşub.

Nəticədə maşında olan bir nəfər hadisə yerində ölüb.

Qəza nəticəsində yaralananlar da var.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəzada ölən şəxsin 19 yaşlı Qurban Cəbrayılov, xəsarət alanların isə 2004-cü il təvəllüdlü Ramin Quliyev və 2005-ci il təvəllüdlü Əli Abdullayev olduğu müəyyənləşib.

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən  məlumata görə, saat 16:50 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2004-cü il və 2005-ci il təvəllüdlü şəxslərə sol bazu sümüyünün, qabırğaların və biləyin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Yunis Quliyev



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.