Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Görüş tarixləri bəlli oldu
 
						Görüş tarixləri bəlli oldu
Əlavə olunub: 03.20.2025 | 18:10 | Baxılıb: 2438
Martın 24-ü Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts ilə telefon danışığından sonra bildirib.

“Biz Mayk Uolts ilə razılaşdıq ki, ikitərəfli formatda olan məsləhətləşmələri prezidentlər tərəfindən təyin olunan nümayəndələr aparacaq. Bu məsləhətləşmələr bazar ertəsi, martın 24-də Ər-Riyadda baş tutacaq. Rusiya tərəfdən Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda iştirak edəcəklər”, - Uşakov əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.