Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Göygöl və Şahdağ milli parklarından qarlı təbiət - Görüntüləri
 
						Göygöl və Şahdağ milli parklarından qarlı təbiət 
							 - Görüntüləri
Əlavə olunub: 02.21.2025 | 14:43 | Baxılıb: 3242
Göygöl və Şahdağ milli parklarından qarlı təbiət görüntüləri yayılıb.

“sirin.az” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz sosial şəbəkə hesabında paylaşım edib.

“Bu qışın növbəti qarlı günləri Şahdağ Milli Parkında vəhşi təbiətin unikal varlıqları ilə yaşanır. Zubrlar və nəcib marallar qarlı, ağappaq mühitdə daha gözəl görünür və təbiətə daha da yaraşıq verir.

Göygöl Milli Parkının ecazkar qar mənzərəsi yenə də heyran edir. Göygölün donmuş mavi suları buz qatı ilə örtülüb.

Hər zaman rast gəlinməyən bu fərqli mənzərələr turistlər üçün əsl ziyarət səbəbidir”, - o, paylaşımda qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.