“sirin.az” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Gümrü bələdiyyəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma faktları üzrə cinayət işi aparılır. İstintaq çərçivəsində şəhərin baş memarı Henrix Qasparyan və daha bir şəxs saxlanılıb, onların barələrində həbs qətimkan tədbiri seçilib. Onlara qabaqcadan əlbir olan qrup şəklində korrupsiya əməli törətmək ittihamı irəli sürülüb.
Xatırladaq ki, Gümrü meri Vardan Qukasyan da bir gün öncə 10 min dollar məbləğində rüşvət alma ittihamı ilə tutulub və məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs edilib.