Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 10:20 | Baxılıb: 1397
Gürcüstanda bakalavr və magistr pilləsi üzrə təhsilin müddəti azaldıla bilər.

“sirin.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Kobaxidze təhsil sahəsində nəzərdə tutulan islahatların təqdimatı zamanı açıqlayıb.

Onun sözlərinə görə, həmin islahatlar çərçivəsində bəzi ixtisaslar istisna olmaqla bakalavrda təhsil müddəti 3, magistr pilləsində isə 1 il ola bilər: “Üç il, demək olar ki, bütün ixtisaslar üçün kifayətdir. Əlbəttə, tibb və bu kimi ixtisaslar istisnadır”.

O həmçinin bəzi məktəblərdə 11 illik təhsil müddətinə keçid etməyin lazım gəldiyini vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda hazırda bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistratura pilləsi üzrə isə 2 il təşkil edir. Tam orta təhsil isə 12 illikdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.