Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gürcüstanda antiterror əməliyyatı, saxlanılanlar var - Video
 
						Gürcüstanda antiterror əməliyyatı, saxlanılanlar var 
							 - Video
Əlavə olunub: 02.20.2025 | 12:07 | Baxılıb: 2902
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror təşkilatı ilə əlbir olmaqda şübhəli bilinən 2 nəfəri saxlayıb. 

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan DTX yayıb. 

Məlumata görə, həmin şəxslərin evində aparılan axtarış zamanı silah-sursat, elektron avadanlıqlar, nağd pul və onların beynəlxalq terror qruplaşması ilə mümkün əlaqələrini göstərən digər sübutlar aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər 10 ildən 18 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.