Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı - Video
 
						Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı 
							 - Video
Əlavə olunub: 07.15.2025 | 09:51 | Baxılıb: 3653
Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.

“sirin.az” aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.

Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.

Görüşə qatılan Qızılhacılı deputatı C. Çovdarov və mer nümayəndəsi S. Talıbov onlara qarşı Ə. Babakişiyevin dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.

Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. O isə cavab olaraq masadakı çayniki həmin şəxsə atıb.

Daha ətraflı videomaterialda:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.