Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gürcüstanda bir gündə iki zəlzələ oldu
 
						Gürcüstanda bir gündə iki zəlzələ oldu
Əlavə olunub: 03.08.2025 | 17:29 | Baxılıb: 2033
Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

“sirin.az” xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ 4 bal gücündə olub.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 15:28-də qeydə alınıb. Zəlzələnin episentri paytaxtdan 63 km aralıda, Tianeti vilayət mərkəzindən bir qədər aralıda yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.

Qeyd edək ki, bu, Gürcüstanda bir gündə ikinci zəlzələdir. Birinci zəlzələ bu gün səhər saatlarında baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.