Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.12.2025 | 15:29 | Baxılıb: 2748
Norveç millisinin üzvü Erlinq Haaland yeni rekorda imza atıb.

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, millinin heyətində 50 qol həddinə ən tez çatan oyunçu olub.

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində ötən gecə İsraili 5:0 hesabı ilə məğlub edib. Haaland bu görüşdə iki dəfə penaltidən yararlana bilməyib. Hər ikisini rəqib qapıçısı Daniel Peres dəf edib. Ancaq daha sonra o, 3 qol vurub. 

Bununla da Haalandın millidəki qol sayı 51-ə çatıb. O, 46 görüşdə bu saya çatıb. 

Milli komandada 50 qol həddinə ən erkən çatan futbolçular

Erlinq Haaland (Norveç) — 46
Harri Keyn (İngiltərə) — 71
Kilian Mbappe (Fransa) — 90
Robert Levandovski (Polşa) — 90
Lionel Messi (Argentina) — 107
Kriştiano Ronaldo (Portuqaliya) — 114

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.