“sirin.az” Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb onun həmkarları kimi boykot çağırışları etməsi olub.
Xatırladaq ki, ötən gün aktrisa Aybüke Pusat “Teşkilat ”serialının heyətindən çıxarıldıqdan sonra sevgilisi, aktyor Furkan Andıç sosial şəbəkə hesabında ona dəstək olduğu üçün o da “Muhabir” serialından kənarlaşdırılıb.
Həmçinin aktyor Boran Kuzum da sosial mediada boykot çağırışlarını dəstəkləyən paylaşımlar etdiyi üçün “Bir ruh macerası” serialının çəkilişlərinə 1 gün qalmış komandadan çıxarılıb. Bu gün isə aktyor Cem Yiğit Üzümoğlu boykot çağırışları etdiyindən saxlanılıb.
Qeyd edək ki, bir çox film və seriallarda rol alan B. Gümülcinelioğlu “Yargı”dakı “Hakim Neva” obrazı ilə məşhurlaşıb.