“sirin.az” xəbər verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində deyib.
O, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə etdiyi səfərə toxunub: “İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında soldan sağa, sağdan sola əlifba səmtlərinin nə qədər çətin olsa da, yaxınlaşdırılmasına ciddi vəsilə oldu. Necə deyərlər, qonşu ölkənin alicənabı gəldi, ev yiyəsi də alicənablıqla qarşıladı. Səfərin sırf siyasi, geosiyasi və iqtisadi mənası detallarınadək şərh edilib, edilir. Təbii ki, bəzi şərtlər və şəraitlər hələ uzun müddət təhlil obyekti olacaq. Mən isə Pezeşkianın səfərinə məhz İlham Əliyevin səbr və hövsələ dolu cəhdlərinin nəticəsi tək yanaşıram. Mətbuata açıqlamalarında həm qonaq, həm də ev sahibi yaxın mənalı ifadələrdən istifadə etdilər. Məsələn, bu sözlərin müəllifi bizim liderdir”.
Daha ətraflı videomaterialda: