“sirin.az” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.
“Şahzadə Harri dörd veteranın müşayiəti ilə Lvovdakı Superhumans Mərkəzinin klinikasına getdi”, - nəşr qeyd edib.
Nəşrin məlumatına görə, bu klinikada yaralı hərbçilər müalicə olunur.
Qeyd edək ki, şahzadə Harri Edinburq hersoginyası Sofinin keçən il Ukraynaya səfərindən sonra 2022-ci ildə müharibə başlayandan bəri kral ailəsinin Ukraynaya səfər edən ikinci üzvüdür.