Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Harris Baydenin ölümünə hazırlaşırmış...
 
						Harris Baydenin ölümünə hazırlaşırmış...
Əlavə olunub: 04.09.2025 | 06:05 | Baxılıb: 2776
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin sabiq dövlət başçısı Cozef Baydenin qəfil ölümünə hazırlaşdığı üzə çıxıb.

“sirin.az” xəbər verir ki, bu barədə “Fox News” telekanalı “Mübarizə: Ağ Ev üçün ən vəhşi döyüşün içərisində” kitabına istinadən məlumat yayıb.

Bildirilib ki, kitab “William Morrow and Company” tərəfindən nəşr edilib. Onun müəllifləri “NBC News” və “The Hill”in siyasi jurnalistləri Conatan Allen və Emi Parnesdir.

Mətndə deyilir ki, ölkənin vitse-prezidentinin keçmiş kommunikasiyalar direktoru Camal Simmons sabiq ABŞ lideri qəflətən dünyasını dəyişərsə, Kamala Harrisin əməl etməli olduğu bütöv bir strategiya hazırlayıb. 

Müəlliflərin fikrincə, Simmons Harrisə dövlət başçısı kimi and içə biləcək federal hakimlərin ehtiyat siyahısını da tərtib edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.