
“sirin.az” xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi “LETA” xəbər agentliyinə açıqlamasında bildirib.
“Latviya öz hava məkanı vasitəsilə uçuşa icazənin verilməsi imkanını görmür”, - nazirlik vurğulayıb.
Xatırladaq ki, oktyabrın 16-da ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub. Bunun ardınca, ABŞ lideri Budapeştdə tərəflər arasında görüş keçiriləcəyini bildirib.
Onu da bildirək ki, 2022-ci ildə Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.