Bu barədə “sirin.az”ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Şəhərin kommunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb. Bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.
Xankəndi şəhərindən çəkilmiş görüntüləri təqdim edirik: