
“sirin.az"in məlumatına görə, bu barədə “Point” nəşri siyasətçiyə yaxın mənbələrə istinadən xəbər yayıb.
Bildirilir ki, Sarkozi ona qarşı mövcud olan çoxsaylı düşmən münasibətlərini nəzərə alaraq, kameraya gətirilən yeməklərə toxunmur. Bununla yanaşı, o, yemək bişirmək və ərzaq hazırlamaq bacarığı olmadığı üçün özünə yemək də hazırlaya bilmir.
Qeyd edək ki, Nikola Sarkozi 2007-ci il prezident seçkiləri kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə beş il müddətinə azadlıqdan məhrum edilib. Oktyabrın sonunda Parisdəki “Sante” həbsxanasına yerləşdirilən sabiq prezidentin təhlükəsizliyi iki silahlı polis tərəfindən təmin olunur.