
“sirin.az” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, o bu gün səhər saatlarında birnəfərlik kamerasındakı hamamda ölü vəziyyətdə tapılıb.
Xatırladaq ki, F. Özer uzun müddət hüquq-mühafizə orqanlarından gizləndikdən sonra 2022-ci il avqustun 30-da Albaniyada saxlanılaraq Türkiyəyə ekstradisiya edilmişdi. O, “cinayətkar təşkilat qurmaq və idarə etmək”, “külli miqdarda dələduzluq” və “çirkli pulların yuyulması” maddələri ilə ittiham olunaraq 11 min 190 il 6 ay həbs cəzasına məhkum edilmişdi.
Hadisə ilə bağlı araşdırma başlanıb.