Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həcc ziyarəti üçün kvota dolub
 
						Həcc ziyarəti üçün kvota dolub
Əlavə olunub: 05.22.2025 | 12:09 | Baxılıb: 1050
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1250 kvota yeri ayırıb.

“sirin.az” xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

V.Cahangiri bildirib ki, bununla yanaşı, 12 nəfər inzibati heyət və həkim briqadası da nəzərdə tutulub:

“Kvotadan əlavə 30 nəfərdən çox müraciət olsa da, say tamamlandığından onların müraciətləri qəbul edilməyib. Builki zəvvarlar arasında cəmi 1 faiz təkrar gedənlərdir. Əksəriyyət isə yeni və gənc zəvvarlardır”. 

Qeyd edək ki, Azərbaycanda 6-7 iyun Qurban Bayramı olduğu üçün qeyri-iş günü elan edilib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.