Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həmin filmə maraq gözlənildiyi kimi olmadı...
 
						Həmin filmə maraq gözlənildiyi kimi olmadı...
Əlavə olunub: 02.25.2025 | 15:52 | Baxılıb: 3697
Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginer və dünyaşöhrətli aktrisa Ancelina Colinin baş rollarını paylaşdığı “Mariya” filminin reytinqləri gözlənilən nəticəni verməyib.

“sirin.az” xəbər verir ki, film nümayiş olunduğu 41 ölkədə, o cümlədən Türkiyədə olduqca az baxılıb.

Belə ki, “Mariya” Türkiyədə ilk həftəsində 38 min 162 nəfər tərəfindən izlənilib.

Film 10 milyon 166 min 461 TL (473 min 757 AZN) gəlir əldə edib. Başqa bir məyusluq isə filmin Oskar mükafatına namizəd seçilməməsi olub.

Qeyd edək ki, ekran işi yunanəsilli amerikalı opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir.

Filmdə Mariyanın 1970-ci illərdə Parisdəki həyatından söz açılır. Yunanıstanlı iş adamı, milyarder Aristotel Onassis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennedi ilə evlənmək üçün (1968-1975-ci illər) Mariya Kallasdan ayrılır. Bu xəyanətdən sonra Kallas İtaliyaya, sonra isə Fransaya köçür.

Aristotel Onassis 1975-ci ilin martında 69 yaşında tənəffüs çatışmazlığından, Mariya Kallas isə 1977-ci ildə 52 yaşında ürəktutmadan vəfat edib.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.