
“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində danışıb.
Nazirin sözlərinə görə, sonradan Ermənistan hərbi birləşmələri geri alma cəhdlərinə baxmayaraq, artıq prosesin istiqaməti aydın idi:
“Noyabrın 8-dən etibarən intensiv təmaslar başlandı, 9-u səhər saatlarından gecəyə qədər danışıqlar davam etdi. Prosesin gedişində iki Prezident – Vladimir Putin və İlham Əliyev birbaşa əlaqə saxlayaraq əsas məqamları şəxsən müzakirə edirdilər. Daha sonra razılaşdırılmış detallar Xarici İşlər Nazirlikləri vasitəsilə rəsmiləşdirilir, prezidentlərin diqqətinə təqdim olunur və növbəti telefon danışığı həyata keçirilirdi. Həmin gün ərzində çoxsaylı telefon danışıqları baş tutmuşdu”.
Daha ətraflı videomaterialda: