“sirin.az” News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, sərhəddəki Tex kəndinin sakinləri 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci ildə anadan olmuş Andrey Qyaquns gecə saat 01:20 radələrində Aravus kəndi yaxınlığında itkin düşüblər.
Onların azaraq Azərbaycan ərazisinə keçdiyi ehtimal edilir.
Qeyd edək ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.
***
Azərbaycan Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, Ermənistan tərəfindən iki nəfərin azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.
***
Ermənistanın Azərbaycanla sərhəd Sünik bölgəsində itkin düşdüyü bildirilən iki gənc Ermənistana qaytarılıb.
Bu barədə məlumatı “Sputnik Ermənistan”a Tex icmasının rəhbəri David Qulunts açıqlayıb.
Qeyd olunub ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti də sözügedən məlumatı təsdiq edib və daha sonra ətraflı məlumat veriləcəyi bildirib.