
“sirin.az” xəbər verir ki, 72 yaşlı Cintula 21 il həbs cəzasına məhkum olunub.
Xatırladaq ki, ötən ilin mayında R.Fitsoya qarşı Handlova şəhərində sui-qəsd törədilib. Hadisə nəticəsində siyasətçi baş və qarın nahiyələrindən xəsarətlər alıb. O, aylarla müalicəsini davam etdirib, iki dəfə əməliyyat olunub. Baş nazir yalnız iyul ayında vəzifəsinin icrasına başlaya bilib.
Qeyd edək ki, Slovakiya hüquq-mühafizə orqanları Y.Cintulanın bu sui-qəsdi törətməsini onun siyasi əqidəsi ilə əlaqələndiriblər. Belə ki, yazıçı olan Cintula müxalif “Mütərəqqi Slovakiya” partiyasının tərəfdarıdır. Cintula özü də hadisəni niyə törətməsi haqda açıqlamasında hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.
