Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həmin xəbərlərdən bezib... - Video
 
						Həmin xəbərlərdən bezib... 
							 - Video
Əlavə olunub: 03.12.2025 | 12:23 | Baxılıb: 2724
Türkiyəli aktrisa Afra Saraçoğlunun sosial media fenomeni Şeyma Subaşının keçmiş əri, misirli iş adamı Mohammed Alsaloussi ilə eşq yaşadığı barədə müzakirələr səngimək bilmir.

“sirin.az"in “Haberler.com”a istinadən məlumatına görə, Paris Moda Həftəsindən qayıdan aktrisaya aeroportda bu iddialarla bağlı sual ünvanlanıb.

27 yaşlı Afra həmin sualı verən müxbirə göstərdiyi reaksiya ilə diqqət çəkib. O, mimikası ilə suallardan bezdiyini ifadə edərək xəbəri təkzib edib.

Qeyd edək ki, A. Saraçoğlu hazırda “Yalı çapkını” serialında “Seyran” obrazına həyat verir. O, ekran işində tərəf müqabili Mert Ramazan Demirle uzun müddət sevgili olub.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.