Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.19.2025 | 13:52 | Baxılıb: 1903
Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı mütəmadi olaraq yayılan məlumatlara münasibət bildirib.

“sirin.az” xəbər verir ki, Kadırov bu barədə “RİA Novosti”yə müsahibəsində danışıb. 

Onun sözlərinə görə, hər dəfə mediada və yaxud sosial şəbəkələrdə xəstə olması ilə bağlı məlumat yayıldıqda idman hərəkətləri edir:

“Hər dəfə kimsə səhhətimdə problem olduğunu dedikdə dərhal 50 dəfə “jim” edirəm”.

Xatırladaq ki, 48 yaşlı Kadırovun səhhətində problemin olması və onun müxtəlif xəstəliklərdən əziyyət çəkməsi barədə tez-tez məlumatlar yayılır. Çeçenistanın rəsmi nümayəndələri isə öz növbəsində bu xəbərləri təkzib ediblər. Ən son isə iyul ayında Kadırovun vəfat etməsi barədə şayiələr yayılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.