“sirin.az” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Hər kəs dərhal Tehrandan təxliyə olunmalıdır”, - deyə Tramp qeyd edib.
Bununla belə, o, Tehran sakinlərinə niyə şəhəri tərk etməli olduqlarını tövsiyə etdiyinə aydınlıq gətirməyib.
O, həmçinin Tehranın zamanında ABŞ ilə nüvə sazişi imzalamadığına təəssüfləndiyini bildirib.