Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hərbi məhsul istehsalı 14,7% artıb
 
						Hərbi məhsul istehsalı 14,7% artıb
Əlavə olunub: 03.14.2025 | 11:17 | Baxılıb: 817
Ötən il Müdafiə Sənayesi Nazirliy​inin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 mln. manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14,7 % çoxdur.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.

2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.