Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hərəyə bir qol, bir xal
 
						Hərəyə bir qol, bir xal
Əlavə olunub: 04.18.2025 | 21:07 | Baxılıb: 2011
Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib.

“sirin.az” xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

“Araz-Naxçıvan” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Turan Tovuz”la üz-üzə gəlib. Əliyar Ağayev idarə etdiyi görüşdə qalib müəyyənləşməyib.

“Sabah” – “Səbail” və “Qarabağ” – “Neftçi” matçları sabah, “Şamaxı” – “Kəpəz” və “Zirə” – “Sumqayıt” oyunları isə bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası
31-ci tur
18 aprel

“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: İssuf Paro, 52 – Faiq Hacıyev, 33.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
“Liv Bona Dea Arena”, 19:00.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.