“sirin.az” “Sputnik Emənistan”a istinadən xəbər verir ki, bunu “Ermənistan Demokratiya Forumunda” çıxışı zamanı bu ölkənin Baş naziri Nikol Paşinyan deyib.
“Məqsədimiz bütün sahələrdə Aİ standartlarına nail olmaqdır. Biz anlayırıq ki, hətta bundan sonra da Aİ-nin üzvü olmaya bilərik. Lakin əsas tapşırığımız məhz bu standartlara uyğun olmaqdır”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, bu məqsədə çatdıqdan sonra, Aİ-yə rəsmi üzvlük məsələsi artıq prinsipial olmayacaq, çünki tapşırıq yerinə yetirilmiş olacaq.
Xatırladaq ki, cari ilin martın 26-da Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti barədə qanun layihəsi qəbul edib. Bununla belə, Aİ Ermənistana üzvlük təklif etməyib, ölkə müxalifəti isə sənədi hüquqi baxımdan absurd adlandırıb.