Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşdü
 
						Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşdü
Əlavə olunub: 03.10.2025 | 21:21 | Baxılıb: 1254
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə dövlət naziri Stiven Doutin və digər britaniyalı həmkarları ilə görüşüb.

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi mövzusu müzakirə olunub.

Həmçinin, Hikmət Hacıyev Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb. Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.