“sirin.az” xəbər verir ki, bu barədə Fələstin Səfirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Səfir Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar göstərilən səmimi qəbula görə H. Hacıyevə öz təşəkkürünü bildirib.
Görüş zamanı, həmçinin iki dost ölkə, Fələstin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.