Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hikmət Hacıyev İran prezidentinin müşaviri ilə görüşdü
 
						Hikmət Hacıyev İran prezidentinin müşaviri ilə görüşdü
Əlavə olunub: 04.01.2025 | 15:45 | Baxılıb: 1353
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüş keçirib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı H.Hacıyev “X” hesabında paylaşıb. 

Bildirilib ki, görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb: “Həmçinin 2025-ci ilin fevral ayında İrana səfər zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.