Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 15:34 | Baxılıb: 835
ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin ölkəsinin Rusiyadan neft alışını dayandırmağa razılıq verdiyini iddia edib.

“sirin.az” CNN-ə istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Rəsmi Dehli isə ABŞ liderinin bu iddiasını təsdiqləməyib. Belə ki, məsələyə münasibət bildirən Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaisval deyib:

“Tramp və Modi arasında belə bir söhbətin olmasından, eləcə də Hindistan liderinin ölkənin Rusiyadan neft alışını dayandıracağına dair hər hansı açıqlamasından xəbərsizəm”.

Xatırladaq ki, Hindistan uzun müddətdir Kremllə sıx əlaqələr saxlayır və bu ilin sonunda Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfəri gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.