“sirin.az” xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.
Məlumata görə, sənətçi Kaliforniyanın Malibu şəhərindəki evində ölü tapılıb.
Aktyorun yaxınlarının sözlərinə görə, o ürək tutmasından vəfat edib.
Qeyd edək ki, karyerasına 80-ci illərdə başlayan Madsen “Reservoir Dogs”, “Kill Bill” və “The Hateful Eight” filmlərindəki rolları ilə izləyicilərin könlünə yol tapmağı bacarıb.