Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 07:04 | Baxılıb: 2268
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı aparıb.

“sirin.az” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, Qazaxıstan onun ikinci müddət prezidentliyi dövründə “İbrahim Sazişləri”nə qoşulan ilk ölkədir.

“Bu, dünyada körpülərin qurulmasında irəliyə doğru atılmış böyük bir addımdır. Bu gün daha çox dövlət mənim irəli sürdüyüm “İbrahim Sazişləri” vasitəsilə sülh və rifahı qəbul etmək üçün növbəyə durur. Tezliklə bunu rəsmiləşdirmək üçün imza mərasimi olacaq”, - deyə Tramp əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.