
“sirin.az” xəbər verir ki, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan taekvondo yarışının finallnda Azərbaycan idmançısı Ziya Həsənli (63 kq) ölkəmizi ilk qızıl medalı ilə təmin edib.
Ondan 6 dəqiqə sonra isə sambo yarışının finalında Azərbaycan idmançısı Abdullətif Musayev (53 kq) Özbəkistandan olan Qamzat Maksetbayevi məğlub edərək aktivimizə 2-ci qızıl medalı yazdırıb.
Bu gün Azərbaycanı daha dörd samboçu finalda çıxış edəcək.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi Azərbaycanda təşkil olunan III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
***
Taekvondo üzrə milli komandamızın üzvləri III MDB Oyunlarında layiqli çıxış edərək 3 qızıl, 2 gümüş, 6 bürünc medala sahib çıxıblar.
Taekvondoçularımızdan Ziya Həsənli (63 kq) tarixi uğura imza ataraq III MDB Oyunlarının ilk qızıl medalını ölkəmizə qazandırıb. Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) bütün rəqiblərini üstələyərək çempion olublar. Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) gümüş, Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq) və Nərgiz Kazimova (62 kq) bürünc medallara sahib çıxıblar.