“sirin.az” “A Haber”ə istinadən xəbər verir ki, müğənninin iki dəfə evlənib boşandığı həyat yoldaşı, aktrisa Burcu Kıratlı ilə barışdığı bildirilir.
Bu barədə jurnalist Mehmet Üstündağ “Gel konuşalım” verilişində danışıb: “Sinan Akçıl - Burcu Kıratlı cütlüyü yenidən bir araya gəlib. Hər iki şəxsi çox yaxşı tanıyıram. Üçüncü dəfə evlənəcəklərini bilmirəm”.
Qeyd edək ki, Sinan Akçıl və Burcu Kıratlı 2019-cu ilin yanvarında Amsterdamda evlənmiş, 9 aydan sonra boşanmışdılar. Daha sonra cütlük 2021-ci ilin fevralında ikinci dəfə evlənmiş, lakin aylar sonra yenidən boşanmışdılar.