Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İki vəkilə töhmət verildi
 
						İki vəkilə töhmət verildi
Əlavə olunub: 05.01.2025 | 10:46 | Baxılıb: 2890
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“sirin.az"in məlumatına görə, iclasda çıxış edən Kollegiya sədri Anar Bağırov bildirib ki, görülən tədbirlər nəticəsində vəkillərin sayı son illərdə 3 dəfədən çox artıb.

Bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul olunmaları ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə irad tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.