
“sirin.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün TruthSocial sosial media hesabında məlumat verib.
“Ağırlıq qaldırıldı, amma iş hələ bitməyib. İkinci mərhələ indi başlayır!”, - Amerika lideri yazıb.
O qeyd edib ki, HƏMAS hərəkatı razılaşmanın birinci mərhələsinin icrası çərçivəsində bütün canlı girovları azad edib, lakin xilas ola bilməyənlərin cəsədlərini İsrailə təhvil verməyib.
Qeyd edək ki, oktyabrın 13-də Tramp İsrail parlamentində çıxış edərək Qəzza münaqişəsinin bitdiyini elan edib. Təl-Əvivlə razılaşmanın bir hissəsi olaraq, HƏMAS bütün girovları azad etməyə və daha sonra anklavın idarəçiliyini Fələstin texnokratlarından ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb.