Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“İkitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik”
 
						“İkitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik”
Əlavə olunub: 03.21.2025 | 15:03 | Baxılıb: 4258
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

“sirin.az"in xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Novruz - bahar bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Rusiya-Azərbaycan münasibətləri tərəfdaşlıq və müttəfiqlik ruhunda uğurla inkişaf edir. Əminəm ki, biz birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə, Cənubi Qafqazda və Xəzərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi maraqlarına uyğun olaraq qarşılıqlı faydalı ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əziz bayram günündə Sizə ürəkdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına isə xoşbəxtlik və tərəqqi arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.