Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlham Əliyev Tokayevə zəng etdi
 
						İlham Əliyev Tokayevə zəng etdi
Əlavə olunub: 05.17.2025 | 12:55 | Baxılıb: 1748
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

“sirin.az” xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayevə ad günü münasibətilə təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı və prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxstanın dayanıqlı inkişafını və beynəlxalq səviyyədə nüfuzunun artdığını vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluğa və qardaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını ifadə edib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.