Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlham Əliyevdən 1.5 milyonluq - Sərəncam
 
						İlham Əliyevdən 1.5 milyonluq 
							 - Sərəncam
Əlavə olunub: 08.12.2025 | 12:37 | Baxılıb: 6494
Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun təmirinə 1.5 milyon manat ayrılıb.

“sirin.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.