Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İlham Əliyevi təbrik etdilər
 
						İlham Əliyevi təbrik etdilər
Əlavə olunub: 06.02.2025 | 12:06 | Baxılıb: 935
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“sirin.az” xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olmuş Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı ilə seçilmiş, xüsusilə də sülhün, sabitliyin, əməkdaşlığın və rifahın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu il Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü əməkdaşlığımızı və türk dövlətləri arasındakı həmrəyliyi daha da möhkəmləndirəcəkdir.

Fürsətdən istifadə edərək, bu əlamətdar bayram münasibətilə

Zati-alinizə davamlı uğurlar, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram”.

***

Rusiya Federasiyasının senatoru İlyas Umaxanov:

“Möhtərəm cənab Prezident.

Əlamətdar bayram – 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu bayram Azərbaycanın milli dövlətçiliyinin dirçəlişinin, ölkənin davamlı sosial-iqtisadi inkişafının və onun beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinin rəmzidir.

Bu gün qarşımızda öz gələcəyini inamla quran, ərazi bütövlüyünü bərpa etmiş və Qafqaz regionunda sabitliyin, tərəqqinin təmin olunmasında getdikcə daha çox mühüm rol oynayan qalib suveren Azərbaycan dayanır.

Əminəm ki, qarşıdakı illər ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın və ənənəvi dostluq əlaqələrinin bundan sonra da möhkəmlənməsində əlavə perspektivlər açacaqdır.

Möhtərəm cənab Prezident, bu bayram münasibətilə Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayıram”.

***

Slovakiya Prezidenti Peter Pelleqrini:

“Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Slovakiya ilə Azərbaycan arasında münasibətlərin uzun illərdir dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, gələcək əməkdaşlıq üçün böyük potensial yaratdığını məmnuniyyətlə qeyd edirəm. Strateji tərəfdaşlığımızın bu əlaqələri daha da möhkəmləndirərək yeni imkanlar yaratmasını yüksək qiymətləndirirəm.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkənizə səfərimi və şəxsən görüşümüzü xoş duyğularla xatırlayıram. Sizi Slovakiyada eyni yüksək qonaqpərvərliklə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm. Əminəm ki, görüşümüz ikitərəfli əlaqələrimizin uğurlu inkişafına mühüm təkan verəcəkdir.

Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, uğurlar və rifah arzulayıram.

Bratislavada görüşümüzü və səmərəli müzakirələrimizi səbirsizliklə gözləyirəm.

Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Uruqvay Şərq Respublikasının Prezidenti Yamandu Orsi:

“Zati-aliləri.

Uruqvay Şərq Respublikasının xalqı və hökuməti adından və şəxsən öz adımdan 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm”.

***

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah:

“Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm”.

***

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah:

“Zati-aliləri.

Dost ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.