Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 13:46 | Baxılıb: 1993
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan və danışıqların nəticələrindən məmnun olduğunu bildirib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə hökumətin iclasından sonra brifinqdə danışıb. 

“Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Eyni zamanda, sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Əziz həmkarlar, sülh faktdır”, - Paşinyan bildirib. 

Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.